Maka Bochorişvili Gürcüstanda Avropa Biznes Assosiasiyasının prezidenti ilə görüşüb
Maka Bochorişvili Gürcüstanda Avropa Biznes Assosiasiyasının prezidenti ilə görüşüb

 
Avropaya İnteqrasiya Komitəsinin sədri Maka Bochorişvili və komitənin üzvü Qiorqi Barvenaşvili Gürcüstanda Avropa Biznes Assosiasiyasının prezidenti Con Braekveldts ilə görüş keçirib.

Görüşdə Gürcüstan və Avropa İttifaqı arasında iqtisadi inteqrasiyanın və inkişafın təşviq edilməsinin vacibliyindən danışıblar, Gürcüstanın regional əhəmiyyəti və Asiya ilə birləşdirən Orta Dəhlizin perspektivi müzakirə edilib. Avropa İttifaqının (Aİ) biznes platformaları çərçivəsində Gürcüstanın fəal iştirakının təşviqi, sektoral əməkdaşlığın gücləndirilməsi, tranzit potensialı və ölkədə biznes mühiti müzakirə edilib.

Görüşdə Gürcüstan və Avropa İttifaqı arasında Dərin və Hərtərəfli Azad Ticarət Zonası (DCFTA) haqqında Saziş üzrə müxtəlif istiqamətlərdə öhdəliklərin yerinə yetirilməsi baxımından əldə edilmiş irəliləyiş qeyd edilib, bu da özlüyündə Avropa İttifaqına inteqrasiyaya töhfə verəcək. Maka Bochorişvili Gürcüstana Aİ-yə namizəd ölkə statusunun verilməsi nəticəsində yaranmış və ölkənin iqtisadi inkişafı üçün xüsusi əhəmiyyət kəsb edəcək yeni reallığa diqqət çəkib və bu kontekstdə Aİ üzvü dövlətlər və Gürcüstan arasında biznes əlaqələrin daha da dərinləşdirilməsinin zəruriliyini vurğulayıb.

Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.