Litvada bu gündən rəsmi olaraq Gürcüstanın orijinal adı qüvvəyə mindi - Sakartvelas
Litva dilinin dövlət komissiyası, mayın 3-də litva dilində Gürcüstanın orijinal adının tədbiq olunması barəsində qərarı təsdiq etdi.
Litva dilində bu vaxta qədər mövcud olan ad ilə birlikdə, Gürcüstanın adı olaraq – Sakartvelas adı da istifadə olunacaq.
Bu gündən qarşıdakı terminologiyanın rəsmi istifadəsinə başlanacaq. Məsələn, Gürcüstan səfirliyi (hazırda – GruzijosAmbasada) – “SakartveloAmbasada” olacaq, Gürcüstana xoş gəldiniz (hazırda – Sveiki atvykę į Gruziją) – “Sveiki atvykę į Sakartvelą”, gürcü (hazırda – Gruzinas) – Kartvelas, gürcü dili (hazırda -gruzinų kalba) – “kartvelų kalba” olacaq.
Gürcüstanın Litvadakı səfiri, Xatuna Salukvadzenin dediyinə görə, səfirlik müvafiq dəyişiklikləri həyata keçirəcək, Litvada Gürcüstan səfirliyi binasında yazı dəyişəcək.