Litva Parlament üzvləri qrupu Gürcüstanda işğal xəttində tikanlı məftillərin və başqa suni baryerlərin ucaldılması ilə bağlı, Gürcüstana dəstək bəyanat yaydı və Rusiyanı Gürcüstana qarşı qanunsuz hərəkətlərinin dayandırılmasına çağırdı. Bu barədə məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayır.
Sənədə Seymin müxtəlif fraksiyalarını 13 üzvü imza atır.
Seymin 13 nəfərlik qrupu Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha ifadə edir və Rusiya Federasiyasını beynəlxalq hüquq normalarını müdafiə etməyə, Gürcüstan və onun vətəndaşlarına qarşı qanunsuz hərəkətlərinin dayandırılmasına və götürdüyü beynəlxalq öhdəliklərin yerinə yetirilməsinə çağırır.
Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, Seymin üzvləri qrupu bəyanatında tələb qeyd olunub ki, Gürcüstanın Abxaziya və Sxinvali (Cənubi Osetiya) bölgəsinin “müstəqilliyinin” qanunsuz etiraf edilməsi ləğv olunsun.
Bəyanatda həmçinin qeyd olunubdur ki, 11 il bundan əvvəl Gürcüstana qarşı Rusiya Federasiyasının hərbi əməliyyatları nəticəsində Gürcüstanın Abxaziya və Sxinvali (Cənubi Osetiya) bölgəsinin işğalı baş verdi.
Bəyanat Litva Seyminin rəsmi vebsəhifəsində yerləşdirilib.