8-11 sentyabrda Litva Xarici İşlər naziri, Linas Linkeviçius Gürcüstana səfər edəcək.
Gürcüstana səfər çərçivəsində David Zalkaliani ilə görüş keçiriləcək.
Xarici İşlər Nazirliyində Gürcüstan-Litvanın Avropa və Avroatlantik inteqrasiyası komissiyasının 6-cı iclası olacaq və bundan sonra birgə mətbuat konfransı keçiriləcək.
Həmçinin səfər çərçivəsində Giorgi Qaxariya, Salome Zurabişvili və Arçil Talakvadze ilə görüş planlaşdırılıb.
Litva Xarici İşlər naziri Gürcüstana səfər çərçivəsində Vilnüs skverinin açılışı mərasimində iştirak edəcək.