Levan Qopodze - müraciətlər azalıb, düşünürəm, infeksiya reqressiya yolu gedir
Levan Qopodze - müraciətlər azalıb, düşünürəm, infeksiya reqressiya yolu gedir

Respublika Xəstəxanasının direktoru, Levan Qopodze ölkədə məhdudiyyətlərin aradan qaldırılmasından sonra epidemioloji durumu dəyərləndirdi.

Onun dediyinə görə, kovid-infeksiya reqressiyaya doğru gedir.

“Bir müddət, məhdudiyyətlər yeni aradan qaldırılanda biraz artım var idi, buna da artım deyə bilmərik. Sonra durumun yenə sabitləşdirilməsi baş verdi. Hazırda artım yoxdur. Bir və ikiyə artım deyə bilmərik. Müraciətlər azalıb, düşünürəm, infeksiya reqressiya yolu gedir”, – Qopodze bəyan etdi.

Gürcüstanda koronavirusun iki yeni halı qeydə alındı. Bu vaxt üçün koronavirusun 908 halı təsdiq olunub. Buradan 761 vətəndaş sağalıb.