"Lelo Gürcüstanda" bəyan edirlər ki, seçkilərin nəticələrini tanımırlar
"Lelo Gürcüstanda" bəyan edirlər ki, seçkilərin nəticələrini tanımırlar

“Lelo” seçkilər nəticələrini tanımır, azad insanların iradəsini təmsil edə bilməyən seçkilər, legitim ola bilməz, – bu barədə “Lelo” partiyasının bəyanatında deyilr.

“Lelo” seçici və vətəndaş ictimaiyətinə birləşməyə çağırır.

“2020-ci ilin seçkiləri ölkəmiz üçün keçid mərhələsi olmalı idi. “Gürcü Arzusu” seçkiqabağı dövrü və seçkilər gününü hədə, qorxu, zoraklıq və saxtalaşdırma gününə çevirdi.

İnsanların azad iradəsini ifadə etməyən seçkilər legitim ola bilməz. “Lelo” bu seçkiləri tanımır. Seçicilər və ictimaiyyəti birliyə doğru çağırırıq. Vaxtından əvvəl seçkilər buradan yeganə çıxış yoludur”, – bəyanatda deyilir.