Saba Buadze - "Lelo" hesab edir ki, İrakli Ğaribaşvilinin iştirakı ilə danışıqlar keçirilməməlidir
Saba Buadze - "Lelo" hesab edir ki, İrakli Ğaribaşvilinin iştirakı ilə danışıqlar keçirilməməlidir

Biz mövqeyimizi çox açıq aydın qeyd etdik ki, bütün suallara cavab verilməmiş, İrakli Ğaribaşvilinin bu prosesdə iştirakı, proses üçün ziyanverici olacaq, – bu barədə “Lelo” partiyasının üzvü, Saba Buadze bəyan etdi.

Saba Buadzenin qeyd etdiyinə görə, “Lelo” hesab edir ki, İrakli Ğaribaşvilinin iştirakı ilə danışıqlar keçirilməməlidir.

“İrakli Ğaribaşvilinin iştirakı ilə “Lelo” danışıqların keçirilməsini planlaşdırmır və “Gürcü Arzusunu” bu kriminal epizoda cavab verməyə çağırır ki, danışıqlar prosesinə təhlükə yaranmasın. Bu, müxalifətin birliyinə təsir etmir. Biz tələblərdə birlikdə qalırıq. Müxalifətin birlikdə formalaşdırdığı tələblərə qarşı mövqeyimiz eyni qalır və buna görə, bunlar müxalifətin birgə mübarizəsinə təhlükə yaratmır. Müxalifət güzəştlə bağlı hazırlığını bir neçə dəfə səsləndirdi. Biz tərəfdən güzəşt odur ki, cari siyasi təqiblər şəraitində, liderlərimiz danışıqlar masası arxasına əyləşirlər. Bu sözsüz ki, böyük siyasi, mədəni və insani güzəştdir. Bundan başqa biz bu danışıqlara təhlükə yarada bilən bütün etiraz tədbirlərini dəyişdik. Bu yetərincədən artıq güzəştdir”, – Saba Buadze bəyan etdi.