Lela Çikovani - NATO-Gürcüstan təlimi başqa ölkəyə qarşı deyil, müdafiəqabiliyyətinə yönəldilib
Qeyd olunasıdır ki, bu ilki təlim öz göstəriciləri ilə nadirdir. NATO-Gürcüstan təlimlərinə Gürcüstan ev sahibliyi və rəhbərlik edir. Bu, NATO-Gürcüstanın birgə təlim və dəyərləndirmə mərkəzidir, – bu barədə Gürcüstan Müdafiə nazirinin birinci müavini Lela Çikovani “NATO-Gürcüstan təlimləri 2019”-un rəsmi açılışında bəyan etdi.
Elə onun dediyinə görə, təlimdə iştirak edənlərin sayı da presedentsizdir – NATO-nun üzv və qeyri üzv ölkəsinin 350-dən artıq nümayəndəsi iştirak edir.
Gürcüstan Müdafiə Nazirliyinin “Armiholunda” bu gün “NATO-Gürcüstan təlimləri 2019” rəsmi olaraq açıldı. Təlimdə iştirak edən hərbi xidmətilərinə Gürcüstan Müdafiə nazirinin birinci müavini Lela Çikovani və NATO-nun birləşmiş silahlı qüvvələrinin təlim mərkəzi başçısının müavini Ladislav Yunq nitqlə müraciət etdilər.
“NATO-Gürcüstan təlimləri 2019” təlimi 18-29 mart daxil olmaqla keçiriləcək və burada 343 hərbi və mülki şəxs iştirak edəcək.