Kvareli və Suramidə turistlərə yeni mehmanxanalar ev sahibliyi edəcək
Yaxın gələcəkdə Kvareli və Suramidə turistlərə yeni mehmanxanalar ev sahibliyi edəcək,- bu haqqda məlumatı İqtisadiyyat Nazirliyi yayır.
“Son zamanlar Gürcüstanda qeydə alınmış turist axınının hiss olunacaq artımı, ölkədə müvafiq turist infrastrukturunun inkişafını daha da tələb olunan etdi. Məhz elə bu məqsəd ilə “Mehmanxanan üçün 50 əmlak” layihəsi çərçivəsində İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin “Dövlət Əmlakı Milli Agentliyi” sərmayədarlara Kvareli və Suramidə mövcud olan dövlət mülkiyyətini təklif etdi”,- nazirliyin bəyanatında deyilir.
Nazirliyin məlumatına görə, elektron hərraca maraq kifayət dərəcədə yüksək idi və ticarət nəticəsində aşkar olunan qaliblər mehmanxananın tikintisi öhdəliyini götürdülər.
“Layihə çərçivəsində əldə olunan gəlir getdikcə artmaqdadır. Bu günki durum ilə, 26 927 501 lari dəyərində daşınmaz əmlak satılıb, mehmanxana tikintisi üçün həyata keçirilmiş sərmayənin həcmi isə 58 200 000 laridən az deyil”,- Gürcüstan İqtisadiyyat Nazirliyində bəyan edirlər