Kutaisi Laboratoriyasında yoxlanılan 35 şəxsdən koronavirus heç birində təsdiq olunmadı
Kutaisi Laboratoriyasında son 24 saat ərzində yoxlanılan 35 şəxsdən koronavirus heç birində təsdiq olunmadı, – bu barədə Gürcüstanın Birinci Kanalına Xəstəliklərə Nəzarət Milli Mərkəzinin İmereti bölməsinin rəhbəri, Qoça Giorqadze bəyan etdi.
“Təsdiq olunmuş hala gəldikdə, o, Kutaisi İnfeksiya Xəstəxanasına Batumidən yerləşdirildi”, – Giorqadze bəyan etdi.
Xəstəliklərə Nəzarət Milli Mərkəzinin İmereti bölməsinin rəhbərinin məlumatına görə, bölgənin karantin məkanlarında yalnız 12 nəfər qalmaqdadır. Buradan iki nəfər karantini sabah tərk edəcək.
Kutaisi İnfeksiya Xəstəxanasına “COVID-19” diaqnozu ilə bir pasiyent yerləşdirdilər. 41 yaşlı qadın karantində idi və onun Türkiyəyə səfəri tarixi var.