Kutaisi Laboratoriyasında yoxlanılan 35 şəxsdən koronavirus heç birində təsdiq olunmadı
Kutaisi Laboratoriyasında yoxlanılan 35 şəxsdən koronavirus heç birində təsdiq olunmadı

Kutaisi Laboratoriyasında son 24 saat ərzində yoxlanılan 35 şəxsdən koronavirus heç birində təsdiq olunmadı, – bu barədə Gürcüstanın Birinci Kanalına Xəstəliklərə Nəzarət Milli Mərkəzinin İmereti bölməsinin rəhbəri, Qoça Giorqadze bəyan etdi.

“Təsdiq olunmuş hala gəldikdə, o, Kutaisi İnfeksiya Xəstəxanasına Batumidən yerləşdirildi”, – Giorqadze bəyan etdi.

Xəstəliklərə Nəzarət Milli Mərkəzinin İmereti bölməsinin rəhbərinin məlumatına görə, bölgənin karantin məkanlarında yalnız 12 nəfər qalmaqdadır. Buradan iki nəfər karantini sabah tərk edəcək.

Kutaisi İnfeksiya Xəstəxanasına “COVID-19” diaqnozu ilə bir pasiyent yerləşdirdilər. 41 yaşlı qadın karantində idi və onun Türkiyəyə səfəri tarixi var.