Kremldə ümid edirlər ki, işğal olunmuş Abxaziyada üzdəniraq prezident seçkilərinin ikinci turu "legitim" keçəcək
Kremldə ümid edirlər ki, işğal olunmuş Abxaziyada üzdəniraq prezident seçkilərinin ikinci turu “legitim” keçəcək.
“Biz ikinci turu gözləyirik və ümid edirik ki, seçki prosesi legitim keçəcək”, – bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov bəyan etdi.
Rusiya tərəfindən işğal olunmuş Abxaziyada üzdəniraq prezident seçkiləri dünən keçirildi. İşğal rejiminin yaydığı məlumata görə, “prezidentlik uğrunda doqquz namizəd mübarizə aparırdı, o cümlədən indiki prezident Raul Xacimba”. İkinci turda Raul Xacimba və Alxas Kvisiniya qarşılaşacaqlar.