Kostava 68-də yerləşən İctimai Yayımçı binasının başlanğıc qiyməti hərracda 10 faizi azalacaq
İctimain Yayımçının mülkiyyətində olan daşınmaz əmlakın satılması barəsində elan edilən hərrac 16 iyulda, saat 12:00-da başa çatdı.
Daşınmaz əmlak satış üçün 122 432 000 lari dəyərində (40 milyon dollar ekvivalenti), 30 günlük müddəti ilə çıxarılmışdı.
Elan edilmiş qiymətlə, bu mərhələdə mülkiyyətin satılması baş vermədi. Yayımçının menecmenti yeniləşdirilmiş hərracın elan edilməsi barəsində qərar qəbul etdi.
16 iyulda 10 faizlik endirimlə yeni hərrac elan edildi. Müvafiq olaraq hərracda daşınmaz əmlakın başlanğıc qiyməti 11 343 600 lari olacaq.
Hərrac bu dəfə 15 günlük müddəti ilə elan edildi. Hərracda iştirak 31 iyul saat 15:00-a qədər mümkün olacaq.