Acarada koronavirusun iki yeni halı aşkar edildi, iki pasiyent isə, müalicə olunaraq sağaldı.
Ötən 24 saat ərzində Batumidə virus üzrə 776 insanı yoxladılar.
Yoluxmanın yeni hallarından biri Kobuletinin “Havana” kafesi klasterinə aiddir, ikincisi isə, Türkiyə vətəndaşı, beynəlxalq yükdaşımalar sürücüsüdür. O, müalicəsinin davam etdirilməsi üçün öz ölkəsinə qayıtdı.
Hazırda Batumi Respublika Xəstəxanasında virusa yoluxan 29 pasiyent qalır.
Gürcüstanda bu gün koronavirusa yoluxmanın yeddi yeni halı aşkar edildi.