Koronavirusun prevensiyası məqsədi ilə Gürcüstan Çinlə birbaşa avia-uçuşları ləğv etdi
Gürcüstanda koronavirusun ehtimal edilən yayılmasının qarşını almaq tədbirləri çərçivəsində, Çin Xalq Respublikası ilə, birbaşa avia-reyslər müvəqqəti olaraq, dayandırıldı.
Bu barədə məlumatı Gürcüstanın vətəndaş aviasiyası agentliyi yayır.
İdarənin məlumatına görə, Çin Xalq Respublikasının aviasiya idarəsinə və müvafiq şirkətlərinə də bu barədə bildirilib.
Qeyd olunan məhdudiyyət qış naviqasiya sezonunun sonuna qədər, – 2020-ci ilin martın 29-na qədər davam edəcək.
Həmçinin, yanvarın 25-də məlum oldu ki, Pekini-Urumçi-Tbilisi istiqamətlərinə, 25 və 27 yanvar reysləri də ləğv olundu.