Koronavirusa görə Böyük Çin divarının bir neçə hissəsi ziyarətçilər üçün bağlıdır
Koronavirusa görə Böyük Çin divarının bir neçə hissəsi ziyarətçilər üçün bağlıdır.
İqtidar nümayəndələrinin bəyanatına görə, turistlərin çox olduğu yerləri bağlayaraq, virusun yayılmasının qarşısını almağa çalışırlar.
Son göstəricilərə əsasən, Çində koronavirus nəticəsində həlak olanların sayı 26-ya çatdı.
İnfeksiyaya yoluxanların sayı isə, 900-dür.
Virus halları ABŞ-da, Cənubi Koreyada, Taylandda, Sinqapurda və Vyetnamda qeydə alındı.
Virusun ilk yayıldığı Uxan şəhərində sərt karantin elan edilib. Şəhərdə ictimai nəqliyyat işləmir. Hava limanı və dəmir yolu bağlıdır.
Uxandan başqa, karantin Çinin yenə 12 şəhərində elan edilib.
Bütün bu şəhərlərdə cəmi olaraq, 35 milyon nəfər yaşayır.