Çində yayılmış koronavirusun yeni tipi nəticəsində həlak olanların sayı 17-ə qədər artdı. Bu barədə Hebey əyalətinin səhiyyə komitəsinin rəhbəri, Yan Yunian mətbuat konfransında bəyan etdi.
Məhz elə bu əyalətin Uxan şəhəri virusun yayılmasının episentridir. Bu vaxta qədər naməlum virusa yoluxanların sayı 440-dan artıqdır.
Yayılan koronavirusa görə dünyanın müxtəlif ölkələrində aeroportlarda yoxlamanı sərtləşdirdilər.
Koronavirus hazırda Taylandda, Cənubi Koreyada, Honq Konqda və ABŞ-da qeydə alındı.
Qeyd olunasıdır ki, Dünya Səhiyyə Təşkilatında yeni koronavirus ilə bağlı fövqəladə iclas keçirilir.