Konstitusiya Məhkəməsi beş siyasi partiyanın konstitusiyaya zidd elan edilməsi və qadağan olunması ilə bağlı iddianın icraatına dair rəsmi bəyanat yayır

11:47, 09.11.2026

Gürcüstan Konstitusiya Məhkəməsində beş siyasi partiyanın konstitusiyaya zidd elan edilməsi və qadağan olunması ilə bağlı iddiaya baxılması noyabrın 10-da saat 12:00-da davam etdiriləcək.

Konstitusiya Məhkəməsinin yaydığı açıqlamada qeyd olunub ki, noyabrın 9-da saat 14:00-a təyin edilmiş işə mahiyyəti üzrə baxış iclası hakimlərdən birinin səhhətində yaranan problemlə əlaqədar təxirə salınıb.

Məhkəmənin məlumatına görə, iclaslar noyabrın 11-də, 12-də və 13-də saat 11:00-da da davam etdiriləcək.

“Noyabrın 9-da saat 14:00-a təyin edilmiş “Gürcüstan parlamentinin üzvlərinin (ümumilikdə 88 deputatın) siyasi partiyaların (“Birlik – Milli Hərəkat”, “Dəyişikliklər Koalisiyası – Qvaramia, Melia, Girçi, Droa”, “Güclü Gürcüstan – Lelo, Xalq üçün, Azadlıq üçün!”, “Federalistlər Partiyası”, “Qaxaria – Gürcüstan naminə”) fəaliyyətinin konstitusiyaya uyğunluğu və qadağan edilməsi məsələsi ilə bağlı (konstitusiya iddiası №1979) işinə mahiyyəti üzrə baxış iclası hakimlərdən birinin səhhətində yaranan problemlə əlaqədar təxirə salınıb. Həmin iclas noyabrın 10-da saat 12:00-da bərpa olunacaq. İclaslar noyabrın 11-də, 12-də və 13-də saat 11:00-da davam etdiriləcək”, – Konstitusiya Məhkəməsinin açıqlamasında bildirilib.

Oxşar