Xorava küçəsində baş verən cinayətlə bağlı Mirza Subeliani həbs edildi
Xorava küçəsində baş verən cinayətlə bağlı Mirza Subeliani həbs edildi

Tbilisidə, Xorava küçəsində baş verən cinayət işinin şahadlardan birinin atası Mirza Subeliani həbs edildi, – bu barədə bəyanatı Daxili İşlər Nazirinin müavini Natia Mezvrişvili bugün keçirdiyi brifinqdə verdi.

Natia Mezvrişvilinin dediyinə görə, Mirza Subelianiyi cinayəti bilib, polisə xəbər verməməklə ittiham edilir.

Həmçinin, Cinayət Məcəlləsinin 372-ci maddəsi ilə, iyunun 8-də Merab Morçadze də həbs edildi.

Xorava küçəsində öldürülən yeniyetmələrdən birinin atası Zaza Saralidze Mirza Subelianiyi qatilləri gizlətməklə ittiham edir.