Xorava küçəsində baş verən qətli öyrənən parlament komisiyası Daxili İşlər Nazirliyinin nümayəndəsini və prokuroru dinləməyə davam edəcək
Xorava küçəsində baş verən qətli öyrənən parlament komisiyası Daxili İşlər Nazirliyinin nümayəndəsini və prokuroru dinləməyə davam edəcək

Xorava küçəsində baş verən qətli öyrənən parlament komisiyasının iclası bugün Tbilisi Polis Departamentinin detektiv-müstəntiqi Kaxa Siradze və qətl işinin prokuroru Zviad Pxakadzenin dinlənməsi ilə davam edəcək.

Komisiya üzvləri qeyd olunan şəxsləri dünən bir neçə saat ərzində dinləyirdilər, ancaq deputatların dediyinə görə, onların yenə bir neçə sualı qaldı və o suallar bugünki iclasda veriləcək.