Xorava küçəsində baş verən qətli öyrənən parlament komisiyası bugün işinə davam edəcək
Xorava küçəsində baş verən qətli öyrənən parlament komisiyası bugün saat 15:00-dan işinə davam edəcək.
İclasda Daxili İşlər Nazirliyinin nümayəndələri – müstəntiq İrakli Pipia, detektiv şöbəsinin rəhbəri İoseb Siqua və Tbilisi Polis Departamentini rəhbəri Şalva Bedoidzeyi dinləyəcəklər.
İstintaq komisiyasının üzvü Mamuka Mdinaradzenin dediyinə görə, qeyd olunan şəxslər dünənki iclasda müəyyən suallara cavab verdilər, ancaq bəzi sual işarələri yenə qalıb.