XİN - Avropa İttifaqında Gürcüstanı təhlükəsiz ölkərə aid edirlər, buna görə də, sığınacaq barəsində ərizələrin əksəriyyəti təmin olunmur
Vətəndaşlar bilməlidirlər ki, Avropa İttifaqı/Şengenin üzv ölkələrində Gürcüstandan sığınacaq axtaranların ərizələrinin əksəriyyəti təmin olunmur. Onlara statusun verilməsinə rədd cavabı verirlər və geri vətənə qaytarırlar, – bu barədə Birinci Kanala Gürcüstan Xarici İşlər Nazirliyində bəyan etdilər.
Birinci Kanal Gürcüstan Xarici İşlər Nazirliyinə, İsveçin keçən il Gürcüstanın heç bir vətəndaşına sığınacaq vermədiyi barəsində yayılan məlumatla əlaqədar müraciət etdi.
Xarici İşlər Nazirliyinin məlumatına görə, vətəndaşlara rədd cavabı ona görə verdilər ki, Avropa İttifaqının bir sıra ölkəsi, Gürcüstanı təhlükəsiz ölkər sırasına aid edir.
İdarənin bəyanatına görə, viza rejiminin liberallaşdırması birgə səylər və miqyaslı islahatların nəticəsidir və ölkənin önəmli nailiyyətidir.
Xatırladaq ki, İşveçin İmmiqrasiya Agentliyinin məlumatına görə, 2017-ci ildə İşveç Gürcüstanın 963 vətəndaşının ərizəsinin müzakirə etdi və sığınacağı onların heç birinə vermədi.