İsveçdə koronavirusa yoluxmanın 7 240 yeni halı aşkar edildi
İsveçdə koronavirusa yoluxmanın rekord olaraq yüksək göstəricisi, 7 240 yeni halı aşkar edildi, virus nəticəsində 66 pasiyent vəfat etdi. Məlumatı “Qardian” nəşri ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.
İsveçdə koronavirusun yayılmasının prevensiyası məqsədilə məhdudiyyətlər tədbiq olunub. Səkkizdən artıq insanın toplaşması qadağandır. Ölkə, pandemiyanın birinci dalğası zamanı fərqli yanaşma seçmişdi və buna görə, dəfələrlə dünya diqqəti mərkəzinə cəlb olundu.