İsveçdə son 24 saat ərzində koronavirusun 2 820 yeni halı aşkar edildi, yeddi pasiyent vəfat etdi

18:53, 29.10.2020

İsveçdə son 24 saat ərzində koronavirusun rekord olaraq yüksək göstəricisi, 2 820 yeni halı aşkar edildi, yeddi pasiyent vəfat etdi. Məlumatı “Qardian” nəşri ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

İsveç Səhiyyə Nazirliyi bir neçə bölgə üçün rekomendasiyaları sərtləşdirdi o cümlədən Stokholm və Qotenburqda.

Pandemiyanın başlamasından bu günə qədər, İsveçdə virusa yoluxmanın 117 913 halı qeydə alınıb, 5 934 pasiyent vəfat edib.

Oxşar