Xarici İşlər Nazirliyi Rusiyaya müraciət edir ki, Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə qarşı qeyri-qanuni hərəkətlərə son qoysun
Gürcüstanın Xarici İşlər Nazirliyi Atots kəndinin yanında, işğal rejimi tərəfindən, işğal xəttinin sünii baryerlərlə möhkəmləndirilməsi faktını qınayır.
Bu barədə nazirliyin bəyanatında deyilir.
Xarici İşlər Nazirliyində bəyan edirlər ki, bənzər addımlarla Rusiya Federasiyası beynəlxalq hüququn fundamental normalarını və prinsiplərini qəddar şəkildə pozur və beynəlxalq sistemin qaydalarını tapdalayır.
Bununla yanaşı, Gürcüstanın Xarici İşlər Nazirliyi beynəlxalq dostluğa müraciət edir və baş verən provokasiya faktına müvafiq reaksiyanın verilməsini tələb edir.
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, Atotsi kəndinin yaxınlığındaki ərazidə qeyri-qanuni şəkildə dəmir çəpərliklər qoyulur.