Xarici İşlər Nazirliyi xaricdə yaşayan Gürcüstan vətəndaşlarının prezident seçkilərində iştirakı ilə bağlı prosedurları açıqlayır
Xarici İşlər Nazirliyi xaricdə yaşayan Gürcüstan vətəndaşlarının prezident seçkilərində iştirakı ilə bağlı prosedurları açıqlayır

Xarici İşlər Nazirliyi xaricdə yaşayan Gürcüstan vətəndaşlarının prezident seçkilərində iştirakı ilə bağlı prosedurları açıqlayır və onları konsulluq qeydiyyatından keçməyə çağırır.

“Texniki xarakterli anlaşmazlıqlara yol verilməməsi üçün vətəndaşlardan xahiş edirik ki, konsulluqda qeydiyyat prosedurlarını diqqətli şəkildə nəzərə alsınlar.

Vətəndaşların seçki hüquqlarından efektiv şəkildə istifadə edə bilmələri üçün, Gürcüstanın xaricdəki konsulluqları xüsusi iş rejiminə keçiblər, hansı ki, vətəndaşların konsulluqda qeyri iş günlərində də qeydiyyatdan keçmələri üçün imkan yaratmağı nəzərdə tutur.

Xarici İşlər Nazirliyi ümid edir ki, prezident seçkilərinin ikinci turunda, xaricdəki seçki məntəqələrində seçicilərin fəallığı əhəmiyyətli dərəcədə artacaq” – deyilir Xarici İşlər Nazirliyinin bəyanatında.

Prezident seçkilərinin ikinci turu 39 ölkədə açılan 55 seçki məntəqəsində keçiriləcək.