Xalq müdafiyəçisi qadın və kişinin maaşları arasındaki fərq haqqında diskussiyanın başlamasını vacib hesab edir
Xalq müdafiyəçisi qadın və kişinin maaşları arasındaki fərq haqqında diskussiyanın başlamasını vacib hesab edir

Gürcüstanın Xalq Müdafiyəçisi qadın və kişinin maaşları arasındaki fərq haqqında diskussiyanın başlamasını vacib hesab edir və qadın hərəkatı tərəfindən bu məsələ ilə bağlı başladılan kampaniyayı salamlayır.

Xalq Müdafiyəçisi Aparatının bəyanatında deyilir ki, iş fəaliyyəti və əməkdaşlıq məsələlərində gender bərabərliyinin təmin edilməsi və qadınların iqtisadi cəhəddən güclənməsi Gürcüstanda yenədə əsas problemlərdən biri olaraq qalır və bu da, qadınların hüquqlarının qorunmasında mənfi şəkildə əks olunur, çünki əsasən, maddi cəhəddən gücsüz olan qadınlar ailə zorakılığına məruz qalırlar.

“Gürcüstanın Milli Statistika xidmətinin göstəricilərinə əsasən, Gürcüstanda gender nişanı ilə maaş fərqi 36% təşkil edir.

Bununla yanaşı, 2018-ci ilin “Gender bərabərliyi qlobal indeksinə” əsasən, bərabər əmək haqqının ödənilməsi baxımından Gürcüstan 149 ölkə arasında 45-ci yerdən 65-ci yerə düşüb.

Qadın və kişinin gəlirlərinin ortalama göstəricilərinə əsasən, kişinin maaşı və illik gəliri iki dəfə qadının maaşından və gəlirindən artıqdır. Halbuki ailəyə qatqı baxımından, qadının əmək və qatqısı kişidən iki dəfə artıqdır (Qadın-33.3, Kişi-14.7) ” – deyilir bəyanatda.

Xalq müdafiyəçisi aparatı hesab edir ki, qadının iqtisadi durumu ailə zorakılğı ilə bağlıdır, çünki qadının ailə zorakılığından baş qaçırda bilməməsinin səbəbi onun maddi cəhəddən müstəqil olmamasıdır.

“Qeyd olunan problemin həlli üçün müəyyən metodologiya Gürcüstanda hələ yoxdur. Dövlət tərəfindən həyata keçirilən tədbirlər qadınların iqtisadi cəhəddən güclənməsi üçün yetərli deyil” – deyilir Xalq Müdafiyəçisinin bəyanatında.