Xalq Müdafiyəçisi bugün Pankisidə görüşlər keçirəcək
Xalq Müdafiyəçisi bugün Pankisidə görüşlər keçirəcək

Gürcüstanın xalq müdafiyəçisi Nino Lomcaria, xalq müdafiyəçisinin müavini Ekaterine Sxiladze və aparatın digər əməkdaşları ilə bərabər bugün Pankisi dərəsinə gedəcəklər.

Xalq Müdafiyəçisi aparatının verdiyi məlumata görə, Nino Lomcaria Temirlan Maçalikaşvilinin ailəsi ilə və həmçinin, sabiq mədəniyyət evində, yerli pedaqoqlar və qadınlar şurası və həmçinin, ağsaqqallar şurası ilə görüşəcək.

Bununla yanaşı, xalq müdafiyəçisi Pankisi dərəsində yaşayan müsəlman icmasının nümayəndələri ilə Duisi məscidində görüşəcək.