Estoniya prezidenti Kersti Kaliulayd hesab edir ki, Rusiya-Gürcüstan müharibəsindən üç il sonra, Avropa tərəfindən Rusiya ilə adi əlaqələrin barpsı Krımın işğalını əmələ gətirdi. Bu barədə o, Ukrayna mediasına verdiyi müsahibəsində bəyan etdi.
“Bu qar uçqununu əmələ gətirdi. Nəticədə Krımın işğalı baş verdi. Gürcüstan ilə müharibədən üç il sonra Rusiya Avropa ilə vizasız gediş-gəliş barəsində danışıqlar aparırdı. Biz Avropada səhvimizi başa düşdük və dərs aldıq”, – Kersti Kaliulayd bəyan etdi.
Estoniya prezidenti hesab edir ki, Rusiya sanksiyalarının yüngülləşdirilməsi üçün bu mərhələdə əsas mövcud deyil.