Kerç körfəzi hadisələri ilə bağlı, BMT Təhlükəsizlik Şurası fövqəladə iclasını bu gün keçirəcək
Kerç körfəzi hadisələri ilə bağlı, BMT Təhlükəsizlik Şurası fövqəladə iclasını bu gün keçirəcək

Kerç körfəzində baş verən hadisələr ilə bağlı, BMT Təhlükəsizlik Şurası fövqəladə iclasını bu gün keçirəcək. Bu barədə BMT-də ABŞ-ın nümayəndəsi, Niki Heyli “tvitter” sosial şəbəkəsində yazdı.

Təhlükəsizlik Şurasının fövqəladə iclası Tbilisi vaxtı ilə saat 20:00-da başlayacaq.

“Frans Press” agentliyinin məlumatına görə, BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını Ukrayna və Rusiya çağırdılar.

Rus gəmiləri Ukrayna katerlərinə Odessa limanından Pariupol limanına hərəkət edərkən atəş açdılar. İnsident nəticəsində altı Ukrayna vətəndaşı xəsarət aldı. Ukrayna prezidentinin nümayəndəsinin məlumatına görə, rus sərhədçiləri 20-dən artıq Ukrayna hərbiçisini yaxalayıblar.

Ukrayna Milli Təhlükəsizlik Şurası 60 günlük müharibə vəziyyətinin elan edilməsi təşəbbüsünü irəli sürdü. Ukrayna prezidenti, Petro Poroşenko təşəbbüsü dəstəklədi.