Kedada karyerdə baş verən partlayışla bağlı, məhkəmə üç Türkiyə vətəndaşı haqqında həbs qərarı verdi
Batumi Şəhər Məhkəməsi Kedada, karyerdə baş verən və altı yaşlı uşağın ölümünə səbəb olan partlayış məsələsi ilə bağlı həbs edilən üç Türkiyə vətəndaşına qarşı cəza tədbiri olaraq, həbs qərarı verdi.
Hakim Giorgi Qratiaşvili vəkillərin girov vasitəçiliyini qəbul etmədi.
Müdafiyə tərəfi məhkəmə qərarını etiraz edir və onu şikayət etməyi planlaşdırır.
“Ekspertiza nəticəsi gəlməmiş bu qədər sərt qərarın verilməsi doğru deyil” – dedi vəkil Vaja Kaxutaşvili.
Məsələ ilə bağlı prokurorluq digər şəxslərin sorğulanmasına davam edir.
Növbəti iclas məhkəmədə dekabrın 25-də keçiriləcək.
Bədbəxt hadisə Doloqani kəndində oktyabrın 31-də baş verdi.
Karyerdə baş verən partlayış nəticəsində 6 yaşlı uşağın başına daş qırıntısı dəydi və o yerindəcə həyatını itirdi.
Acaranın İqtisadiyyat Nazirliyi bəyanat yaydı ki, karyerdə partlayış törədən şirkətin, həmin ərazidə işləmək üçün icazəsi yox idi.