“Kaz-Trans-Qaz Tbilisi” pasxa öncəsi əhaliyə xəbərdarlıq edir.
Pasxa bayramı ilə bağlı evlərini bağlayıb, şəhərdən kənara çıxan vətəndaşlardan, şirkət xahiş edir ki, qazla işləyən ev avadanlıqlarına xüsusi diqqət yetirsinlər.
Şirkətin bəyanatına görə, son zamanlar insanların evdən çıxarkən, qaz avadanlıqlarının təhlükəsizlik tədbirlərinə laqeyid davranmaları ücbatından baş verən qəzaların sayı artıb.
“Bayram qabağı hərkəsin şəhərdən çıxdığını bilirik və xüsusi ilə xahiş edirik ki, evdən çıxakən qazla işləyən alətlərinizə diqqət yetirin” – deyilir “Kaztransqazın” bəyanatında.