Karl Hartsel - Gürcüstan-Avropa İttifaqı arasındaki münasibətlər heç vaxt bugünki qədər güclü olmayıb
Gürcüstan-Avropa İttifaqı arasındaki münasibətlər heç vaxt bu günki qədər güclü olmayıb, – bu barədə bəyanatı Gürcüstanda Avropa İttifaqı Nümayəndəliyinin səfiri Karl Hartsel Xarici İşlər nazirliyində verdi.
Onun dediyinə görə, Avropa İttifaqı, asosiasiya razılaşması və azad ticarət baxımından Gürcüstanın həyata keçirdiyi islahatların müvəffəqiyyətini qəbul edir.
Avropa İttifaqının nümayəndəsi qeyd etdi ki, Gürcüstan sadiq partnyor olaraq fərqlənir.
“Gürcüstan müvəffəqiyyətli islahatlar həyata keçirməyə davam etməyə hazır olduğunu bildirir və biz isə, Gürcüstanı dəstəkləməyə hazır olduğumuzu bildirdik” – dedi Karl Hartsel.