Karl Hartsel - Avropa İttifaqı və Gürcüstan əlaqələri üçün əsas seçkilərdə kimin qalib gələcəyi deyil, bu qələbənin necə əldə edilməsidir
Avropa İttifaqı və Gürcüstan əlaqələri üçün əsas seçkilərdə kimin qalib gələcəyi deyil, əsas bu qələbənin necə əldə edilməsidir, – bu barədə Avropa İttifaqının Gürcüstandakı səfiri, Karl Hartselin bəyanatında deyilir.
Karl Hartselin bəyanatında qeyd olunduğu kimi, önəmli Parlament seçkilərinə qədər iki gün qalır.
“Qlobal pandemiya seçkilər üçün hazırlıq prosesini xüsusilə çətinləşdirdi. İcazə verin fürsətdən istifadə edim və seçkilərin təhlükəsiz olmasını mümkün edən hər bir kəsə təşəkkürümü bildirim. Avropa İttifaqa başdan qoşulmuşdu, o cümlədən 8 mart raızlaşmasına, hansına da əsasən bütün iştirakçıların daha bərabər imkanlar təklif olundu.
Biz həmçinin yeni seçki məcəlləsi ilə bağlı danışıqlarda da iştirak etdik və seçki kampaniyasını da böyük diqqətlə izləyirik. Seçki günü seçkilərin keçirilməsi üçün monitorinq həyata keçirəcəyik. Avropa İttifaqının üzv ölkələri ilə və partnyorlarla birlikdə, 70-dən artıq komanda toplayaraq 1000-dən artıq seçki məntəqəsinə gedəcəyik”, – səfirin bəyanatında deyilir.
Karl Hartsel açıqlayır ki, Avropa İttifqaının məqsədidir ki, ATƏT/ODHIR missiyasının səylərinə yardım etsin.
“Biz həmçinin yerli müşahidəçi təşkilatlarla da əməkdaşlıq edirik. Bu Avropa İttifaqının gürcü demokratiyasına qarşı sarsılmaz dəstəyinin nümayişidir. Avropa İttifaqı və Gürcüstan əlaqələri üçün seçkilərdə kimin qalib gələcəyi deyil, əsas bu qələbənin necə əldə edilməsidir. Yəni bu seçkilərin necə keçirildiyinə məsuliyyəti üzərinə bütün siyasi partiyalar götürməlidirlər. Və sonunda, seçiciyə müraciət etmək istəyirəm ki, öz səsini hamıya eşitdirsin. Ümid edirəm, şənbə günü görüşəcəyik”, – səfirin bəyanatında deyilir.