Kaxa Kuçava - Avropa Şurası Parlament Assambleyasında deputatlar qrupu var ki, onlarla birlikdə rus nümayəndə heyətinin səlahiyyəti məsələsini sual altına almağı planlaşdırırıq
Avropa Şurası Parlament Assambleyasında deputatlar qrupu var ki, onlarla birlikdə rus nümayəndə heyətinin səlahiyyəti məsələsini sual altına almağı planlaşdırırıq, – bu barədə Avropa Şurası Parlament Assambleyasında Gürcüstan Parlamentinin daimi fəaliyyət göstərən nümayəndə heyətinin rəhbəri, Kaxa Kuçava assambleyanın sabahkı iclası ilə bağlı bəyan etdi.
Elə onun dediyinə görə, Rusiyaya bir daha xatırladacaqlar ki, öhdəlikləri yerinə yetirsin və məhkəmənin qərarlarını icra etsin.
“Bir ildən sonra, rus nümayəndə heyətinin səlahiyyətinin tanınması məsələsinin irəli sürülməsi baş verir. Deputatlar və bizim dost ölkələrimizin nümayəndələrinin müyyən qrupu var ki, onlarla birlikdə rus nümayəndə heyətinin səlahiyyəti məsələsini sual altına almağı planlaşdırırıq və ən əsası odur ki, güclü arqumentlərimiz var, o cümlədən yalnız işğal olunmuş ərazilər deyil, həmçinin insan hüquqlarının pozulması, Avropa İnsan Haqqları Məhkəməsinin qərarlarının icrası var. Avropa Şurası Parlament Assambleyasında Rusiyaya bir daha xatırladacağıq ki, öhdəlikləri yerinə yetirsin və məhkəmənin qərarlarını icra etsin”, – Kuçava bəyan etdi.