Kabildə "İnterkontinental" mehmanxanasının müsafirlərinə atəş açdılar
Kabildə “İnterkontinental” mehmanxanasına silahlı basqın oldu, – bu barədə məlumatı BBC Əfqanıstan Daxili İşlər Nazirliyinə istinad edərək yayır.
İdarənin mətbuat xidmətinin məlumatına görə, hücumda əz azı dörd nəfər iştirak edir. Bununla yanaşı, FransPress məlumat yayır ki, hücumçular müsafirlərə atəş açdılar. Təlafatın olub olmaması barədə məlumat yayılmır. Hadisə yerinə xüsusi dəstə səfərbər olunubdur. Hücum yerli vaxtla saat 21:00 radələrində baş verdi.
Qeyd olunasıdır ki, Dövlət Departamenti bir neçə gün əvvəl ABŞ vətəndaşlarına Əfqanıstan paytaxtında gözlənilən hücum barəsində xəbərdarlıq etdi.