Camal Xaşoginin qətlə yetirilməsinin təsdiqlənməsindən sonra Səudi Ərəbistanda 18 nəfər həbs edildi
Camal Xaşoginin qətlə yetirilməsinin təsdiqlənməsindən sonra Səudi Ərəbistanda 18 nəfər həbs edildi.
Bu barədə məlumatı yerli medya baş prokuror Saud Əl Müacibin bəyanatına əsasən yayır.
Məlum olduğu kimi, bütün həbs edilənlər Səudi Ərəbistan vətəndaşıdırlar. Hazırda onların sorğulanması keçirilir.
Bununla yanaşı, Camal Xaşoginin qətlə yetirilməsi ilə bağlı Səudi Ərəbistan kralı bir neçə yüksək-rütbəliyi vəzifəsindən azad etdi.
Bir neçə vaxt bundan öncə, Səudi Ərəbistanın Dövlət Televiziyası jurnalist Camal Xaşoginin qətlə yetirilməsini təqsdiqlədi.
O İstanbulda, konsulluq ərazisindəki münaqişə zamanı həyatını itirdi.
Camal Xaşogi oktyabrın 2-də İstanbulda, Səudi Ərəbistan konsulluğuna daxil olduqdan sonra itdi.
Türkiyə iqtidarı jurnalistin qətlə yetirilməsi ilə bağlı məsuliyyəti Səudi Ərəbistanın üzərinə atır və bəyan edir ki, jurnalist öldürüldükdən sonra cəsədi parçalanıb.
Rəsmi Ankaranın dediyinə görə, bunu təsdiq edən audio-yazılar da var.