Lufthansa alman şirkəti sabah, aprelin 10-da 800 reysini təxirə salacaq. Buna səbəb Almaniya aeroportlarında bəyan edilmiş tətillərdir.
“Verdi” Həmkarlar İttifaqının bəyanatına görə, ölkənin bir neçə aeroportunda tətil planlaşdırılır, o cümlədən Frakfurt, Münhen, Köln və Bremen aeroportunda.
Tətil etmiş əməkdaşlar maaşların artırılmasını tələb edirlər.
Yayılan məlumata görə, reyslərin təxirə salınması 58 istiqəmətə və 90 min sərnişinə toxunacaq. aprelin 11-dən reyslər adı rejimdə həyata keçiriləcək.