Əfqanistanda baş verən partlayış nəticəsində 11 nəfər həyatını itirdi
Əfqanistanda avtobusun yaxınlığında baş verən partlayəş nəticəsində ən az 11 nəfər həyatını itirdi, 31 vətəndaş isə, ağır yaralandı.
Partlayış barədə məlumatı Tolo News yayır.
Yayılan məlumata görə, partlayış Farah əyalətində baş verdi, hansı ki, Kabil və Herat şəhərlərini birləşdirən yolda yerləşir.
Partlayıcı qurğu dinc vətəndaşları aparan yolçu avtobusunun yanında partladıldı.
Eyni zamanda, partlayış Əfqanistanın Cəlalabad şəhərində baş verdi.
Yerli medyanın məlumatına görə, hadisə xəstəxana və qaçqınların yerləşdirildiyi mərkəzin yanında baş verdi.
Görənlərin dediyinə görə, patlayışdan sonra, hadisə yerində silah səsləri də eşidilirdi.
Həlak olanlar və yaralananlar barədə məlumat hələlik yayılmır.
Baş verən partayışlarla bağlı məsuliyyəti üzərinə heç bir teror təşkilatı götürməyib.
Xatırladaq ki, Reuters agentliyinin dünən yaydığ məlumata görə, ABŞ və “Taliban” hərəkatı Əfqanistanda atəşkəs haqqında danışıqlar aparırlar.
Anonim bir mənbə məlumat veriri ki, atəşkəs avqustun 22-dən qüvvəyə minəcək.