Gürcüstanda Azərbaycan Səfirliyinin məsləhətçisi - beynəlxalq ictimaiyyəti, təsirli addımlar atmağa çağırırıq ki, Ermənistanı beynəlxalq hüquq normalarının və öhdəliklərinin müdafiəsinə məcbur etsin
Gürcüstanda Azərbaycan Səfirliyinin məsləhətçisi - beynəlxalq ictimaiyyəti, təsirli addımlar atmağa çağırırıq ki, Ermənistanı beynəlxalq hüquq normalarının və öhdəliklərinin müdafiəsinə məcbur etsin

2020-ci il 10 oktyabr saat 12:00-dan atəşin dayandırılmasının humanitar rejiminin müdafiəsi haqqında Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında keçirilən görüşdə nail olunan razılaşmaya baxmayaraq, Ermənistan silahlı qüvvələri razılaşmanın kobud şəkildə pozulmasını davam etdirir, – bu barədə Gürcüstanda Azərbaycan Səfirliyinin məsləhətçisi, Eldar Bayramov bəyan etdi.

Elə onun dediyinə görə, atəşin dayandırılmasının humanitar rejimi razılaşdırmasının qüvvəyə minməsi andan, Ermənistan silahlı qüvvələri Azərbycanın Ağdam və Tərtər rayonlarını atəşə tutdular, bir neçə saatdan sonra isə, Hadrut və Cəbrayıl istiqamətinə hücumun həyata keçirilməsinə cəhd göstərdilər.

“Ermənistan silahlı qüvvələri tərəfindən üzərində ağ bayraqlar bərkidilmiş, Suqovuşan ərazisində erməni əsgərlərinin cəsədlərini toplayan sanitar maşını istiqamətinə açılan atəş nəticəsində, bir tibb işçisi ciddi şəkildə xəsarət aldı.

11 oktyabr gecəsi, Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhəri, Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumları obyektinə çevrildi. Hücum nəticəsində doqquz mülki vətəndaş həlak oldu və 34 vətəndaş xəsarət aldı – o cümlədən uşaqlar.

Humanitar rejimdə atəşin dayandırılması razılaşmasından sonra, Ermənistan silahlı qüvvələri tərəfindən mülki vətəndaşlar və şəhərlərə atəşin açılması, barbarlığın daha bir nümunəsidir”, – Bayramov bəyan etdi.

Elə onun dediyinə görə, “Azərbaycana qarşı siyasi aqressiya çərçivəsində, Ermənistan tərəfindən mülki vətəndaşlara, evlərə, mülki obyektlərə və tibb personalına qarşı açılan atəş bir daha onu təsdiq edir ki, bu ölkə beynəlxalq hüquq normalarını, o cümlədən beynəlxalq humanitar hüququ və Cenevrə konvensiyasını inkar edir. Öz öhdəliklərini pozur və humanitarizimin əsas prinsiplərindən çox uzaqdadır”.

“Bundan başqa, bütün döyüş əməliyyatları prosesində, 27 sentyabrdan başlamış, Ermənistan qonşu dövlət tərəfindən hərbi yüklərin quru və hava tranzitinə məhdudiyyət qarşından durdu, bu məqsədlə mülki təyyarələrin istifadəsinə başladı. Bu cür qanunsuz hərəkətlərlə beynəlxalq hüquq normalarını, o cümlədən – Çikaqo konvensiyasının 44-cü maddəsini kobud şəkildə pozur.

Biz Ermənistan tərəfindən aqressiyanın bu cür aktlarını və atəşin dayandırılmasının humanitar rejiminin sui istəfədəsi faktlarını sərt şəkildə qınayırıq. Beynəlxalq ictimaiyyəti, təsirli addımlar atmağa çağırırıq ki, işğalçı olan Ermənistanı, beynəlxalq hüquq normalarının və öhdəliklərinin müdafiəsinə məcbur etsin. Bölgədə vəziyyət üzrə məsuliyyəti Ermənistan Respublikasının siyasi hərbi rəhbərliyi daşıyır”, – Gürcüstanda Azərbaycan Səfirliyinin məsləhətçisi bəyan etdi.