Ədliyyə Evi bugün müraciət edən ən axırıncı istifadəçinin istədiyi xidməti həyata keçirənə qədər işləyəcək
Ədliyyə Evi bugün müraciət edən ən axırıncı istifadəçinin istədiyi xidməti həyata keçirənə qədər işləyəcək, – bu barədə bəyanatı Ədliyyə Nazirliyinin direktoru Qivi Azauraşvili verdi.
Onun dediyinə görə, Ədliyyə Evi bugünki qeydiyyat prosesini başa çatdıracaq və sabaha təxirə salmağa planlaşdırmır.
“Bugün Ədliyyə Evinə, konkret səbəblərə görə, hər zamankindən daha çox vətəndaş müraciət etdi. Oktyabrın 1-də taksi sürücülərinin lisenziyalarının verilməsi müddəti başa çatır. Təəssüf ki, vətəndaşlarımız qeydiyyat üçün bizə məhz son gün müraciət etdilər. İş müddətimiz saat 18:00-da başa çatır, ancaq, biz qapıları bağlayıb, növbəsini gözləyən vətəndaşları bayırda qoymayacağıq. Bugün bizə müraciət edən hər bir vətəndaşa gərəkən xidmət veriləcək” – dedi Azauraşvili.
Ədliyyə Nazirliyində səhərdən istifadəçilər axını bitmir.
İdarənin məlumatına görə, bugen konkret xidmətlərin edilmə müddəti başa çatdığına görə, Ədliyyə Evinə rekord sayında insan müraciət etdi.
Qeydiyyat müddəti başa çatan servislər – taksi sürücüləri üçün lisenziyaların verilməsi və təhlükəli işlərdə çalışanların qeydiyyatıdır.