İzmirdə zəlzələdən 91 saat sonra xilasedicilər dörd yaşlı uşağı uçuntular altından sağ olaraq çıxardılar (video)

İzmirdə zəlzələdən 91 saat sonra xilasedicilər dörd yaşlı uşağı uçuntular altından sağ olaraq çıxardılar (video)

Bu barədə məlumatı türk mediası yayır.

Xilasedicilərin dediyinə görə, uşaq mətbəxdə paltaryuyan və su kranı arasında yaranmış məkanda qalmışdı. Türkiyə Ətraf Mühit Mühafizəsi nazirinin bəyan etdiyinə görə, uşağın sağlamlığını təhlükə hədələmir. Onu xəstəxanaya yerləşdiriblər. Ayla Gezgin xilasedicilər tərəfindən uçuntular altından çıxarılan 107-ci insandır.

İzmirdə zəlzələ nəticəsində ölənlərin sayı 102-ə çatır.