İstintaq Xidməti aksiz markası olmayan siqaretləri xüsusilə külli miqdarda saxlama faktı ilə bağlı iki nəfəri saxlayıb

12:08, 16.11.2026

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları xüsusilə külli miqdarda aksiz markası olmayan siqaret saxlama faktı ilə bağlı iki nəfəri saxlayıblar.

“Keçirilmiş istintaq tədbirləri nəticəsində təqsirləndirilən şəxslərdən birinin yaşadığı evdən müxtəlif adda 12 186 qutu aksiz markası olmayan siqaret götürülüb. Həmin siqaretlərin ümumi bazar dəyəri 62 520 lari təşkil edir.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 200-cü maddəsi ilə aparılır. Həmin maddə 6 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur”, – deyə İstintaq Xidmətinin məlumatında qeyd olunub.

Oxşar