İsrail ordusu Qəzza sektoruna hava zərbələri nəticəsində "İslami Cihad"ın əməliyyatlar komandirinin öldürüldüyünü təsdiqləyib
İsrail ordusu Qəzza sektoruna hava zərbələri nəticəsində "İslami Cihad"ın əməliyyatlar komandirinin öldürüldüyünü təsdiqləyib

İsrail ordusu Qəzza sektoruna hava zərbələri nəticəsində “İslami Cihad”ın əməliyyatlar komandirinin öldürüldüyünü təsdiqləyib.

İsrail ordusundan verilən açıqlamada, İsrailə qarşı əməliyyatlara cavabdeh olan “İslami Cihad”ın lideri Yad əl-Həsanın Qəzza şəhərində gizləndiyi mənzilinə hava hücumu nəticəsində öldüyü bildirilir.

“O, qrupun İsrailə raket hücumları ilə bağlı qəbul etdiyi bütün qərarlarda iştirak edib” – İsrailin Müdafiə Qüvvələri açıqlayıb.

İsrail ordusunun bəyanatına görə, İsrail Qəzza sektorunda “İslami Cihad”ın daha iki komanda mərkəzinə hava zərbələri endirib.