İslandiyada Gürcüstandan sığınacaq axtaranların sayı minimuma qədər azaldı
İslandiyada Gürcüstandan sığınacaq axtaranların sayı minimuma qədər azaldı

İslandiyada Gürcüstandan sığınacaq axtaranların sayı minimuma qədər azaldı. Ölkənin İmmiqrasiya Xidmətinin göstəricilərinə görə, yanvarda altı yeni müraciət qeydə alındı, fevralda isə yalnız – üç.

Bununla yanaşı, yanvar-fevralda xidmət 42 köhnə müraciəti müzakirə etdi və Gürcüstanın heç bir vətəndaşına sığınacaq vermədi.

İslandiyada sığınacaq axtaranların sayı vizaliberallaşdırmadan sonra əhəmiyyətli dərəcədə artdı. Keçən ilin iyununda 40, iyulda 64, avqusta 89, sentyabrda 39 müraciət qeydə alındı. Bundan sonra müraciətlərin sayının azalması qeydə alınır: oktyabr 18, noyabr 14, dekabr 3 müraciət.

İyulda İslandiya Gürcüstanı təhlükəsiz ölkələr siyahısına daxil etdi. Bundan sonra İmmiqrasiya Xidməti ərizələri sürətləndirilmiş rejimdə müzakirə edir və Gürcüstan vətəndaşlarına sığınacağa yox cavabı verir.