İşğal olunmuş Krımın qondarma rəhbəri Ukrayna hərbçilərinin Krım körpüsünə hücum etdiyini bəyan edir

13:07, 16.11.2026

İşğal olunmuş Krımın qondarma rəhbəri Sergey Aksyonovun bəyanatına görə, Ukrayna hərbçiləri Krım körpüsünə hücum ediblər. Bu barədə Aksyonov “Telegram” sosial şəbəkəsində yazır.

Onun sözlərinə görə, körpüdə nəqliyyatın hərəkəti günorta saatlarınadək məhdudlaşdırılacaq. Aksyonovun bildirdiyinə görə, Kerçdə operativ qərargah yaradılıb və hücumun nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılır.

Ukraynanın hərbi qurumu Krım körpüsünə hücum edilməsi barədə məlumatı nə təsdiqləyib, nə də şərh verib.

Oxşar