İşğal edilmiş Abxaziyaya turist kimi gedən Rusiya vətəndaşları narkotik maddələri satırlar
“İşğal edilmiş Abxaziyaya turist olaraq, gedən Rusiya vətəndaşları, istirahət etməklə paralel olaraq, böyük miqdarda narkotik maddələri ilə ticarət edirlər” – Bu barədə məlumatı bloger Roin Aqrba yayır.
“Gənc narkodilerlər Abxaziyanın dəniz kənarında əl çantaları və müxtəlif müasir texnik avadanlıqlarla gəzirlər. Onlar milli düşmanlarımızdır” – yazır öz bloqunda Aqrba.
Aqrba misal olaraq iki hal gətirir və yazır ki, Daxili İşlər Nazirliyinin nümayəndələri avqustun 21-də Rusiyanın Kaluqa şəhərində yaşayan iki 19 və 21 yaşlı gənci həbs etdilər. Onlardan biri qız idi.
Həbs edilən gənclərin üzərində 10 paket narkotik maddələri var idi. Onların qaldıqları ünvanda isə, 20-dən artıq narkotik paketi tapıldı.
İstintaqın müəyyən etdiyinə görə, aşkarlanan narkotik maddəsi – metadondur.