İrma İnaşvili - bilirik ki, Lora Tornton Trampı sevmir, lakin bu ABŞ-Gürcüstan əlaqələrinə xələl gətirməməlidir
Parlamenti vitse-spikeri, İrma İnaşvili Amerikanın Milli-Demokratik İnstitutunun (NDI) Gürcüstan Ofisinin rəhbəri, Lora Torntonun bəyanatını qeyri-düzgün və qeyri-diplomatik adlandırır.
“Bilmirəm “Gürcü Arzusunun” hansı patosu var, lakin NDI-ın rəhbərinin bəyanatı həqiqətən düzgün deyil. Yumuşaq desək qeyri-diplomatikdir, çünki Amerika Birləşmiş Ştatları bizim strateji partnyorumuzdur və Donald tramp Gürcüstanın harada olmasını mükəmməl bilir. Lora Trampı ki, sevmir bunu bilirik. Lakin bu ABŞ-Gürcüstan əlaqələrinə xələl gətirməməlidir”, – İnaşvili bəyan etdi.
Lora Tornton bir neçə gün bundan əvvəl sosial şəbəkədə yazdı ki, ABŞ prezidenti, Donald Tramp Gürcüstanı hətta xəritədə tapa bilməz.
Qeyd olunan bəyanata görə, Parlament çoxluğunun üzvü, İrakli Mezurnişvili Lora Torntondan nümayişkaranə üzr istəməsini tələb edir.