İrakli Şotadze - vəzifəmi tərk edirəm və əminəm ki, Xorava küçəsində qətl işi üzrə ədalət icra olunacaq
İrakli Şotadze - vəzifəmi tərk edirəm və əminəm ki, Xorava küçəsində qətl işi üzrə ədalət icra olunacaq

Bu gün vəzifəmi tərk edirəm və əminəm ki, Xorava küçəsində qətl işi üzrə ədalət tamamilə icra olunacaq, – bu barədə İrakli Şotadzenin bəyanatında deylir.

“İlk növbədə ictimaiyyətə açıqlama vermək istəyirəm ki, bu gün qəbul olunan qərar məhkəmənin ilk instansiyasının qərarı idi; hüquqi prosses mütləq davam edəcək və mən əminəm ki, cinayətkarların hamısı cəzalandırılacaqlar. Bunun üçün biz hər şeyi etdik – ictimaiyyət bunu bilməlidir. Gürcüstanın bir baş prokuroru kimi, mənim üçün, hər bir vətəndaşın dövlət institutlarına qarşı, özəlliklə də ədalətə qarşı etimadı, əhəmiyyətlidir. Bu sistemdə işləyərkən mənim əməyim qanunun aliliyinin tədbiq olunmasına yönəldilmişdi. Mənim üçün ədalət, xüsusi ilə işin həddi büluğa çatmayanların qətlinə aid olduğu zaman, önəmlidir. Bu gün, prokurorluq tərəfindən məhkəməyə dəlillər təqdim olundu ki, bunlar da mənim fikrimcə iş üzrə ədalətli hökmün çıxarılmasını təmin edəcəkdi. İlk instansiya məhkəməsi bu dəlilləri tamamilə qəbul etmədi və bu ağır iş üzrə ədalətli nəticə,bu mərhələdə baş vermədi. Lakin bu prosses davam edəcək və düşünürəm ki, cinayətkarlar cəzalandırılacaqlar.  Biri hüquqi tərəfdir, lakin ikincisi isə, bu işə qarşı insani yanaşmadır. Xorava küçəsində qətlə yetirilən yeniyetmələrin valideynlərinə şəxsən müraciət etmək istəyirəm: mən sizinlə idim və sizinlə bərabərəm. Ölkənin baş prokuroru kimi və bir ata kimi, istəyirəm biləsiniz, mən hər şeyi etdim ki, cinayətkarlar cəzalandırılsınlar. Onun üçün ki, dediklərimə inanasınız, mən vəzifəmi tərk edirəm. İctimaiyyəti, valideynlərə dəstək arzusunda olanları, istintaqa yardım etmək üçün hər şeyi etməyə və onunla əməkdaşlığa doğru çağırıram. Sonunda son illər mənimlə birlikdə çalışan, Prokurorluğun bütün əməkdaşlarına minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, idarəmiz inkişafını davam etdirəcək”, – Şotadzenin bəyanatında deyilir.