İrakli Kobaxidze – Xarici çağırışlara cavab birdir: suveren xarici siyasətin gücləndirilməsi, milli maraqların ardıcıl müdafiəsi və diplomatiyadan daha effektiv istifadə

18:18, 02.11.2026

Son illərdə Gürcüstan həm iqtisadi inkişaf, həm də təhlükəsizliyin və suverenliyin möhkəmləndirilməsi baxımından nəzərəçarpan nəticələr əldə edib. İnkişaf yeni imkanlar yaradır və bu imkanlarla yanaşı, təbii ki, xarici müstəvidə də yeni çağırışlar meydana çıxır. Bu çağırışlara cavab birdir: suveren xarici siyasəti gücləndirmək, milli maraqları ardıcıl şəkildə qorumaq və diplomatiyadan daha səmərəli istifadə etmək. Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Diplomat Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Gürcüstan hökumətinin məqsədi diplomatik xidməti daha da inkişaf etdirmək, onun çevikliyini və səmərəliliyini artırmaqdır.

“2025-ci ildə Xarici İşlər Nazirliyində islahatlara başlamışıq və onları mərhələli şəkildə həyata keçiririk. Məqsədimiz diplomatik xidməti daha da inkişaf etdirmək, onun çevikliyini və səmərəliliyini artırmaqdır. Gürcüstanın xaricdəki nümayəndəlikləri gücləndirilir. İslahatın əsas prioritetlərindən biri savadlı gənclərin diplomatik xidmətə cəlb edilməsidir. Bu məqsədlə Diplomatiya Akademiyası təsis edilib. Bu, ölkənin gələcəyinə yönəlmiş strateji investisiyadır. Akademiya müvafiq biliklərə və analitik bacarıqlara, yüksək etik prinsiplərə və yenilikçi düşüncə tərzinə malik kadrlar hazırlayacaq. Gürcüstan diplomatiyasının gələcəyi məhz onlardan asılıdır”, – deyə Baş nazir qeyd edib.

Oxşar